Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin Rusiya Federasiyası ilə münasibətlərindən danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu gün yeni çağırışda parlamentin ilk iclasının açılışı zamanı çıxış edən Salome Zurabişvili Rusiya ilə dialoqun vacib olduğunu vurğulayıb.

Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll edilməsi üçün yeni yanaşmaların tapılmalı olduğunu bəyan edən Gürcüstan prezidenti bunun üçün lazım olan hər şeyə gedilməli olduğunu əlavə edib.

Qeyd edək ki, 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin müstəqilliyini tanımasından sonra Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr kəsilmişdi.