Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verdiyi şikayətə baxılıb. 

Unikal.org-un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V. Hacıyevin şikayəti təmin edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsində V. Hacıyevin həbs müddəti 3 aylıq uzadılıb.