"Mançester Siti" Serxio Aqueronun yerinə gətirəcəyi futbolçunu artıq tapıb.

Unikal.org xəbər verir ki, "şəhərlilər" "Dortmund"un zədəli futbolçusu Erlinq Halandı heyətinə qatmağı planlaşdırır. Argentinalı hücumçusu Serxio Aquero ilə hələ yeni razılaşma əldə etməyən "Siti" onun əvəzinə 20 yaşlı forvardı gətirməyi düşünür.

Digər yandan, gənc yüksələn ulduzu "Mançester Yunayted" də transfer etmək istəyir. Yayda Ceydon Sanço keçidi baş tutmadığından "qırmızı şeytanlar" indi hər iki futbolçunu komandaya gətirməyi planlaşdırır.

Qeyd edək ki, Erlinq Haland "arılar"la çıxdığı son 26 oyunda 33 qol vurub.