“Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib”.

Unikal.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib.

“Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”, - o deyib.

R.Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.