Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağda həyəcan verici bir vəziyyət yaşansa da problem tez bir zamanda həll edilib.

Unikal.org xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. O , baş verənlər barədə az məlumatlı olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini bildirib.

"Verə biləcəyimiz bütün məlumat bundan ibarətdir. Həqiqətən, həyəcan verici bir vəziyyət yaranmışdı, amma tez bir zamanda həll edildi",-deyə Peskov qeyd edib.