Yeni Azərbaycan Partiyası (YAP) işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” fonduna 100 min manat məbləğində vəsait ödənilməsi barədə qərar qəbul edib.

Bu barədə Unikal.org-a partiyadan məlumat verilib.

Bildirilib ki, YAP şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində təşəbbüslərin reallaşdırılması kimi xeyirxah və nəcib məqsədlərlə yaradılmış Fondun dəstəklənməsini hər kəsin mənəvi borcu hesab edərək partiyanın bütün yerli strukturlarına və üzvlərinə bu Fonda dəstək göstərilməsini tövsiyə edib.