12 əsir Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib.

Unikal.org xəbər verir ki, bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov deyib. Onun sözlərinə görə, şəxsi nəzarəti altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya gətirilib. Azərbaycan isə 44 nəfəri Ermənistan tərəfinə qaytarıb.