Avstraliyada maraqlı iqlim hadisəsi ortaya çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Sakit okeana açılan şərq sahillərində şiddətli fırtınaya görə dalğalar dənizkənarı əraziləri basıb.

Kvinlend ştatında yaşanan fırtına sona çatdıqdan sonra dalğalar çəkilsə də, duzlu su köpüyü sahildə qalıb. İnsanlar bu nadir görüntüləri əbədiləşdirmək üçün əraziyə axışaraq şəkillər çəkdirməyə başlayıblar.