Çin uyğurları və digər milli azlıqları zorla ödənişsiz işləməyə məcbur edir.

Unikal.org xəbər verir ki, bu barədə "BBC News" geniş araşdırma yazısı dərc edib.

Çinin Sintszyan-Uyğur muxtar rayonunda pambıq tarlalarında uyğur və qazax etnik mənsuvbiyyətinə malik şəxsləri zorla işlətdiyi bildirilib. Həmçinin tekstil sahəsində də azlıqların məcburi əməyə cəlb edildiyi ilə bağlı faktların məlum olduğu qeyd olunub. Çinin pambıq istehsalının 85 faizi bu rayona düşür və ildə 210 min şəxs pambıq sahəsində çalışdırılır. İsveç və Avstraliya geyim şirkətlərinin bu səbəblə Çindən pambıq idxalını dayandırdığı ifadə olunub.

Araşdırmada həmçinin 1 milyondan çox uyğurun milli identifikasiya və mədəniyyətinin unutdurulması üçün iradələrinə zidd olaraq "peşə təlim mərkəzləri" və "siyasi maarif mərkəzləri"ndə saxlandığı əksini tapıb. Bu düşərgələrdə insanların assimilyasiya edildiyi və işgəncələr gördüyü iddia olunub. BMT-nin Çinə bu mövzuda göndərdiyi sorğuların cavabsız qaldığı və oradakı insanların taleyinin naməlum qaldığı qeyd olunub.