Türkiyə kubokunda 1/16 final mərhələsi davam edir.

Unikal.org xəbər verir ki, bu gün daha 5 oyun keçirilib.

Bir oyundan ibarət qarşılaşmaların birində sensasiya baş verib. Abdullah Avcının gəlişindən sonra yüksəlişə keçən “Trabzonspor” aşağı liqa təmsilçisi “Adana Dəmirspor”la bacarmayıb. Qollu bərabərliklə nəticələnən görüşdə penaltilər seriyasını daha dəqiq yerinə yetirən adanalılar növbəti mərhələyə adlayıb. “Bordo-mavililər” isə gözlənilmədən mübarizəni dayandırıblar.

Digər oyunlarda Super Liqa təmsilçiləri “Ərzurum BB”, “Qaziantep”, “Alanyaspor” və “Fənərbaxça” aşağı liqa klubları üzərində qələbə qazanaraq, adlarını 1/8 finala yazdırıblar.

Dünən başlayan mərhələnin qalan matçları dekabrın 17-də keçiriləcək.