Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 39,2 min yoluxma halı qeydə alınıb.

Unikal.org  TASS-a istinadla xəbər verir ki, artıq iki gündür Böyük Britaniyada koronavirusa yoluxma hallarında antirekord qeydə alınır.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,14 milyon nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 744 nəfər ölüb, ölənlərin sayı 69 min nəfər təşkil edir.