Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 79 milyon 57 min 222 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 737 min 748 nəfərdir. İndiyədək 55 milyon 648 min 450 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.