Yahoo Yaponiyada onlayn platformalardan nifrət və böhtan xarakterli şərhləri siləcəyini açıqlayıb.

Unikal.org  xəbər verir ki, söz azadlığını təmin etmək məqsədilə yazıları silinmiş istifadəçilərin sorğu və şikayətləri də qəbul ediləcək. Bununla yanaşı, mütəmadi olaraq hesabatlar vasitəsilə silinmiş yazıların təfərrüatları ictimaiyyətə açıqlanacaq.

Təşkilat bu qərarı 22 yaşlı peşəkar qadın güləşçi və serial aktyoru Kimura Hananın kiber zorakılıq nəticəsində ölməsi iddialarından sonra qəbul edib. İlkin məlumata görə, 200 hesabdan gələn 300-ə yaxın nifrət dolu mesaj Kimuranın həyatına son qoymasına səbəb olub.