44 gün davam edən Vətən müharibəsində iştirak edən təhsil işçilərinin sayı məlum olub.

Təhsil Nazilriyindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşənlər sırasında 689 nəfər təhsil işçisi var.   
Qeyd olunub ki, zəfərlə başa çatan Vətən müharibəsində  52 nəfər direktor və direktor müavini, 550 nəfər pedaqoji işçi/müəllim və 87 nəfər texniki işçi iştirak edib.

Famil Fərhadoğlu