Vətən müharibəsinin qəhrəmanlarından biri də Turan Məmmədlidir.  

Unikal.org xəbər verir ki, Ağstafanın Yuxarı Göycəli kəndində anadan olan 27 yaşlı gizir şəhidimiz  həmlə taborunda taqımı ilə Füzuli istiqamətində düşmənin bir neçə istehkamını məhv edib. Onun döyüş yoldaşları atasına bildirib ki, döyüş zamanı Turan hər zaman öndə gedirdi. Heç vaxt imkan vermədi ki, digərləri önə keçsin. O, torpaqlarımızı tamamılə düşmən tapdağından azad etmək istəyirdi. Turan oktyabrın 7-si Qaraxanbəyli kəndi uğrunda döyüşə girməzdən əvvəl ailəsi ilə danışıb. Təskinlik verıb ki, narahat olmasın.

Oktyabrın 25-i ailə quracaqdı, ancaq qismət olmadı. Nişanlısına isə sonuncu dəfə özünü və anasını qorumağı tapşırıb.

Şəhidimiz ''Vətən uğrunda'' medalı ilə təltıf edilib. Cənab gizir! Sənin və bütün şəhidlərin əziz xatirəsi, döyüş meydanında göstərdiyiniz igidliklər heç zaman unudulmayacaq.