Şahzadə Harri və həyat yoldaşı Meqan Markl hər kəsi təəccübləndirən xəbərlə gündəmə gəlib.

Unikal.org xarici KİV-nə istinadən bildirir ki, məşhur cütlük sosial mediada onlara nifrət edən izləyiciləri olduğu üçün daha bu şəbəkələrdən istifadə etməyəcəklərini açıqlayıb.

"Time" qəzetinin yaydığı məlumata əsasən, sonuncu paylaşmını ötən ilin martında edən Harri və Meqan daha “Twitter” və “Facebook” kimi sosial şəbəkələrdən istifadə etməyəcək.

Bir müddət əvvəl “Twitter” və “Facebook” keçmiş ABŞ prezidenti Donald Trampın hesablarını bloklayıb. Cütlüyün bu hadisədən sonra belə qərara gəlməsi hərkəsi təəccübləndirib.