Afrikada koronavirusa yoluxanların sayı 3 milyonu keçib.

Unikal.org xəbər verir ki, bu barədə Afrika xəstəliklərə nəzarət və profilaktika mərkəzləri məlumat yayıb.

Bildirilir ki, virusa yoluxanlardan 72 121 nəfər dünyasını dəyişib. İndiyədək 2 450 492 xəstə sağalıb. Yoluxma daha çox CAR, Mərakeş, Misir, Tunis və Efiopiyada qeydə alınıb.