Fransa əhalisi hökumətin koronavirusla mübarizədə uğursuz olduğunu düşünür.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "İctimai Rəy" mərkəzinin Fransada keçirdiyi sorğunun nəticələrində qeyd olunub. Bildirilib ki, fransızların əksəriyyəti hökumətin pandemiya ilə effektiv mübarizə aparmaq və vaksinasiya kampaniyasını idarə etmək qabiliyyətinə inanmır. Nəticələrə görə, respondentlərin 62 faizi səlahiyyətlilərin böhrandan çıxmaq üçün qabiliyyətləri olduğunu düşünmür.

Dekabr və yanvar ayının əvvəlindəki məlumatlarla müqayisədə bu göstərici praktik olaraq dəyişməyib. 1000-dən çox respondentin 63 faizi əhalinin vaksin olunması prosesinə düzgün yanaşıldığına şübhə edir. Prezident Emmanuel Makron və baş nazir Cen Kasteks vaksinasiya kampaniyasının 27 dekabrda başladığı gündən bəri tənqid olunur. Sorğuda iştirak edənlər prosesin təşkil edilməsində böyük qüsurlara yol verildiyini bildirib.