Antonio Quttereş BMT Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda Baş Katib vəzifəsinə ikinci dəfə namizədliyini irəli sürdüyünü yazıb.

Unikal.org xəbər verir ki, Quttereş bildirib: "BMT Baş Katibi vəzifəsində ilk səlahiyyət müddətim bu ilin sonunda başa çatdığından, üzv dövlətlərin iradəsi olarsa, BMT Baş katibi vəzifəsində ikinci müddət çalışmağa hazır olduğumu bildirmək istəyirəm".

Qeyd edək ki, 71 yaşlı A.Quterreşin ilk beş illik səlahiyyət müddəti 2021-ci ilin sonunda başa çatır.