Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 91 milyon 319 min 487 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 952 min 976 nəfərdir. İndiyədək 65 milyon 291 min 971 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 660 mindən çox artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən, ötən sutka ərzində 660 min 993 nəfər koronavirusa yoluxub, 11 min 61 nəfər isə dünyasını dəyişib.