"Telegram" platforması ABŞ-da rekord sayda yüklənmə ilə ikinci yerə yüksəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Whatsapp" platformasının təhlükəsizlik və şəxsi məlumatların qorunması siyasətində dəyişikliklər etməsi haqda xəbərlər "Telegram" sosial şəbəkəsinə kütləvi axına səbəb olub.

İstifadəçilər "Telegram"ın daha təhlükəsiz olduğunu düşünərək kütləvi şəkildə "Whatsapp" şəbəkəsini tərk ediblər. Nəticədə "Telegram" proqramının yüklənmə sayında rekord irəliləmə qeydə alınıb.