"Air India"nın qadın pilotlardan ibarət kokpit komandası, Hindistan aviaşirkəti tərəfindən həyata keçirilən ən uzun fasiləsiz ticarət uçuşu ilə aviasiya tarixində yeni bir rekorda imza atıb.

Unikal.org xəbər verir ki, sözügedən uçuş dünyadakı qadın pilotların həyata keçirdiyi ən uzun uçuş kimi qeyd edilib.  ABŞ mətbuatında yer alan xəbərlərə görə,  ABŞ-ın San-Fransisko şəhərindən Hindistanın cənubundakı Benqaluru şəhərinə "Boing 777" təyyarəsi ilə 5 qadın pilotun uçuşunun 17 saat çəkdiyini bildirilib. 

Kapitan pilot Zoya Aggarval, uçuşun ilk hissəsindən sonra Amerika mediasına verdiyi bir müsahibəsində, "Hindistan aviasiya tarixində yeni bir dövr açdıq",- deyə  qələbəni bu cürə ifadə edib.  .