ABŞ-ın Cənubi Çin dənizinə tez-tez gəmi və təyyarə göndərərək güc nümayiş etdirməsi sülh üçün zərərli addımdır.

Unikal.org  xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Bu addım bölgədə sülh və sabitliyin təmin olunmasına kömək etmir”, - açıqlamada bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-a aid “USS Teodor Ruzvelt” hərbi gəmisi 3 qırıcı təyyarə ilə birlikdə Çin dənizinə daxil olub.