Rusiya prezidenti Vladimir Putin Navalnı tərəfdarlarının aksiyalarından danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin bəzi halların yolverilməzliyini vurğulayıb.

"Hər kəsin bir fikir bildirmək hüququ var, ancaq qanun çərçivəsində. Qanundan kənara çıxmaq təhlükəlidir, bundan artıq cəmiyyətdə hər kəsin əziyyət çəkir. Yetkinlik yaşına çatmayanlar qabağa buraxıla bilməz, terrorçular bunu edirlər - qadınları və uşaqları özlərindən irəlidə aparırlar", - deyə Putin bəyan edib.