Futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

Unikal.org  xəbər verir ki, “Sabah” klubu doğma meydanda “Kəpəz”i qəbul edib.

“Bank Respublika Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ölkə kubokunun səkkizdəbir final mərhələsinin digər oyunlarında “Səbail” öz meydanında “Zaqatala”nı (3:2), “Qəbələ” səfərdə “Turan Tovuz”u (2:0), “Zirə” isə “Qaradağ Lökbatan”ı (4:0) məğlub edib.