“İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir”.

Unikal.org xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.

Baş nazir qeyd edib ki, keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır. Onun sözlərinə görə, bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir.