Türkiyə Super Liqasında XXI tura yekun vurulub.

Unikal.org xəbər verir ki, son gündə 3 oyun keçirilib.

Təhlükəli zonadan uzaqlaşmağa çalışan “Kasımpaşa” ilə “Sivasspor”un duelindən birincilər qalib ayrılıb.

“Alanyaspor” - “Ankaragücü” görüşü bol qollu alınıb. Qonaqlar iki top fərqi ilə önə keçsə də, Alanya təmsilçisi əzmkar qələbəyə sevinib.

Çempionluğa iddia edən “Fənərbaxça” doğma arenasında autsayderlərdən olan “Kayserispor”u  3:0 hesabı ilə məğlub edib.