Türkiyədə “böyük dördlüy”ün - “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor”un ümumi borcu açıqlanıb.

Unikal.org-un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, ən çox borcu olan komanda “Fənərbaxça”dır.

Transfer bazarındakı fəallığı ilə seçilən, son olaraq Məsut Özili heyətinə qatan “sarı-lacivərdlilər”in ödəməli olduğu məbləğ 585 milyon 460 min avrodur. İkinci sıradakı “Beşiktaş”ın büdcəsində 437 milyon 321 min avro kəsir var.

“Qalatasaray”la “Trabzonspor”un ümumi borcu isə müvafiq olaraq 404 milyon 34 min və 141 milyon 36 min avrodur.