Türkiyə Super Liqasında ikinci dövrəyə start verilib.

Unikal.org xəbər verir ki, XXII tur iki oyunla başlayıb.

“Yeni Malatyaspor”la “Fatih Karagümrük” arasında keçirilən açılış matçında qol qeydə alınmayıb.

Çempionluğa iddia edən “Qalatasaray” mövsümün sürpriz komandalarından olan və ondan bir pillə aşağıda qərarlaşan “Qaziantep”in qonağı olub. 4 qolu VAR sisteminin ofsayd kimi qeydə alması səbəbindən sayılmayan “cim-bom” yenə də qalib gəlməyi bacarıb. Yenicə komandaya qaytarılan Henri Onyekuru dönüşündən sonra ilk matçındaca iki qol vuraraq “sarı-qırmızılılar”a 3 xal qazandırıb. "Qaziantep"in gücü 1 dəqiq zərbəyə çatıb.