Dünyada koronavirusa yoluxanların sayı 403 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, ötən sutka ərzində 403 263 nəfər koronavirusa yoluxub, 12 120 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 103 362 039, ölənlərin sayı isə 2 244 713 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.