Türkiyə ordusu Suriyanın şimalında daha 5 PKK terrorçusunu zərərsizləşdirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Suriyanın şimalında "Barış Pınarı" və "Fırat Kalkanı" əməliyyatlarının keçirildiyi bölgədə təxribat törətmək məqsədi ilə sızmağa cəhd edən və atəş açan PKK terror təşkilatının 5 üzvü zərərsizləşdirilib.