Gəncə şəhərində keçmiş həyat yoldaşını kürək nahiyyəsindən bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

Unikal.org-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bağbanlar qəsəbəsində baş verib.

Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədova Şahanə Bayram qızı keçmiş əri tərəfindən bıçaqlanıb.Qadın ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.Hazırda vəziyyəti orta ağıdır.İlkin məlumata görə çütlük bir müddət idi rəsmi şəkildə ayrılıb. İnsidentə səbəb kişinin öz övladlarını görmək istəməsi olub. Hazırda polis keçmiş əri axtarır.

Gülayə Mecid