Gəncədə borc üstündə qadın qonşusunu bıçaqlayıb.

Unikal.org-un Qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə M.Hacıyev  küçəsində baş verib. Şəhər sakini 1979-cu il təvəllüdlü Verdiyeva Ceyhunə Ələddin qızı qonşusu tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib. Hazırda qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı polisə məlumat verilib, qonşusunu bıçaqlayan şəxsin axtarışına başlanılıb.

Gülaye Mecid