Aktrisa Fahriye Evcen ana olduqdan sonra övladını özü böyütmək istədiyi üçün yaradıcılığına fasilə vermişdi.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fahriye artıq yeni layihəsi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

10 serialdan rol təklifi alan sənətçi onlardan birində çəkilmək üçün razılaşaraq müqavilə imzalayıb.

Şirkət həmin ekran işinin hər bölümü üçün Evcene 130 min lirə (30 min 862 manat) ödəyəcək. Onun aylıq gəliri 520 min lirədən (123 min 448 manatdan) artıq olacaq.