Türkiyədə son sutka ərzində 113 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7909 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 467, virusa yoluxanlar isə 2 508 988 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 396 199 pasiyent (son sutkada 8815 nəfər) sağalaraq evə buraxılıb.