Şərqi Çin dənizində Çin Yaponiya sərhədlərini pozub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında Yaponiyanın su sərhədləri Çin tərəfindən pozulub. Belə ki, Çin gəmiləri Yaponiyanın daxili sularına daxil olub.

Senkaku adaları 5 ada və 3 qayalıqdan ibarətdir. Çin bu adalar qrupunu "Diayöü" adlandırır və özününkü sayır. Mübahisəli ərazilərin ətrafında sərhəd pozulması ciddi narazılıq doğurub. Nəticədə diplomatik qalmaqal və gərginlik yaranıb.