"Niyə milyonları bu bölgələrə xərclədiniz?".

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan Serj Sarkisyana cavabında deyib.

Belə ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan onun dövründəki danışıqlar prosesində Qarabağın ətrafındakı 7 rayonun "5+2 formulu" çərçivəsində Azərbaycana qaytarılmasının həmişə müzakirə mövzusu olduğunu söyləyib.

Ermənistan parlamentinin deputatı, müxalifətçi Edmon Marukyan isə Serj Sarkisyanı ittiham edib. Siyasətçi bu barədə "Facebook" səhifəsində yazıb.

"Əgər belə idisə, onda niyə milyonlarla dolları bu bölgələrə xərclədiniz? Ətraf 7 rayona niyə pul qoyurdunuz? Məlum olur ki, vergilərimiz, diasporadan gələn pullar boşuna xərclənib. Dövlət zəmanəti ilə banklardan nəhəng borc götürməyin mənası var idimi, bütün bu xərclər hansı məqsədlə edildi?", - deyə E.Marukyan sual edib.