Koronavirusa yoluxan “Azərreyl” voleybol klubunun masajçısı  Natalya Litovçenko yaşadığı evi qanunsuz tərk etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, karantinin 12-ci günündə Qaradağ Rayon Lökbatan qəsəbəsində o,  polisin nəzarətinə götürülüb.  Litovçenko Natalya İqoryevna barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda ) maddəsi ilə cinayət işi açılıb.

Onun haqqında olan cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin edilib.

Famil Fərhadoğlu