Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ilk qadın və ilk qaradərili direktor başçılıq edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nqozi Okonco-İveala təşkilatın yeni direktoru olub.

Nigeriya əsilli olan qadın direktor 1954-cü ildə anadan olub. Harvard Universitetinin məzunu olan direktor Nigeriyada nazir kimi fəaliyyət göstərib. Həmçinin Dünya Bankında müxtəlif postlar tutub.

Bildirilib ki, N.Okonco-İveala 1 mart tarixindən vəzifəsinin icrasına başlayacaq. O, ÜTT direktoru kimi 2025-ci ilə kimi səlahiyyət müddətinə malikdir.