Quba Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.

Unikal.org-un məlumatına görə, Quba RİH-nin başçısı Ziyəddin Əliyevin müvafiq əmrləri ilə Şirinov Asəf Xalidşah oğlu şöbə müdiri, Nəcəfov Samir Məzahir oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.

A.Şirinov 12 noyabr 1978-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. O, Vətən müharibəsi başladıqdan sonra  ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Ehtiyatda olan leytenantdır. 

S.Nəcəfov 07 iyul 1997-ci ildə Quba rayonunun Çartəpə kəndində anadan olub. O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.  Vətən müharibəsi başladıqdan sonra  ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Gülayə Mecid