Gürcüstanda oliqarx Bidzina İvanaşvilinin partiyası olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyaya çağırış ünvanlayıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, İ.Kobaxidze keçmiş prezident Mixail Saakaşvilinin partiyası olan VMHP sədri Nika Meliyanı qanunlara tabe olmağa çağırıb.

"Mən Vahid Milli Hərəkat Partiyasının sədrini qanunlara tabe olmağa çağırıram. Qanunlara tabe ol, Nika Meliya!", - deyə hakim partiyanın sədri bəyan edib.

Qeyd edək ki, bir müddət öncə həbs qərarı verilmiş və sonra həbsi təxirə salınmış Nika Meliya baş nazir Georgi Qaxariyanın istefasından sonra bu gün hakimiyyəti növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb.