İrakli Qaribaşvili Gürcüstanın yeni baş naziri olacaq.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, onun namizədliyini hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası irəli sürüb.

İ.Qaribaşvili hazırda Gürcüstanın müdafiə naziri vəzifəsini tutur. O, əvvəllər ölkənin baş naziri olub.

Qeyd edək ki, bu gün Gürcüstan baş naziri Georgi Qaxariya istefa verib və onu baş nazirin müavini əvəz etməyə başlayıb.