Əfqanıstanın cənubunda yerləşən Helmand əyalətində partlayış olub. Hadisə nəticəsində azı bir nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tolo News məlumat yayıb.

Partlayışın bu gün Laşkarqah şəhərində baş verdiyi bildirilir. Xəstəxanadakı mənbənin verdiyi məlumata görə, bir nəfər hadisənin qurbanı olub, daha 14 nəfər yaralanıb.