Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu omuş, şəhid Emin Hüseynovun oğul övladı dünyaya gəlib.

Unikal.org-un məlumatına görə, balaca Emin 3 kq 200 qram, boyu 52 sm çəkidə və boyda  dünyaya gəlib. Gələcəyin vətən keşikçisi balaca Emin Hüseynov atasının böyüyüb boya-başa çatdığı Yanıqlı kəndinə aparılıb. 

Şəhidimizin anası oğlunun qoxusunu,təsəllisini nəvəsindən balaca Emindən alacağını deyir.  Eminin həyat yoldaşı Təranə Hüseynova oğlunu şəhidimizin adına layiq böyüyəcəyinə söz verir:

"Vəsiyyət etmişdi ki, oğlum olarsa ona Taryel adını qoyarsan.  Birinci övladı bir yaşlı Nurayın adını da özü qoyub".