“29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın acısı ürəyimizdə yaşamağa davam edir”.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki paylaşımında qeyd olunub.

“Qundaqdakı körpələri belə qətlə yetirəcək qədər caniləşənləri isə unutmadıq, unutmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik”, - qeyd olunub.