Çində dəhşətli qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, 33 yaşlı Fu Bailian adlı şəxs sığortadan pul almaq üçün anasını elektrik cərəyanı ilə öldürüb. Belə ki, hadisədən xəbər tutan qonşular onu polisə şikayət edib. Cani şəxs qısa zamanda polis tərəfindən saxlanılıb. 

O, anasını pul əldə etmək üçün öldürdüyünü etiraf edib.  Çin məhkəməsi 33 yaşlı Funu edam cəzasına məhkum edib.  Qatil oğul qaydalara əsasən, cümə günü edam ediləcək.