Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Mavi Vatan" hərbi təlimlərinə onlayn formada qatılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Bitlisdə şəhid olan hərbi qulluqçular haqqında danışıb.

"Bitlisdə helikopter hadisəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Millətimizə başsağlığı verirəm. Şəhidlərimizin arasınd yer alan general Osman Erbaşı xüsusi qeyd etmək istəyirəm. Daim xatırlayacağıq", - deyə Türkiyə prezidenti bildirib.