Tomas Bax yenidən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib.

Unikal.org xəbər verir ki, seçki BOK-un 137-ci sessiyası çərçivəsində təşkil olunub.

Səsvermə zamanı 93 nəfər onun lehinə, bir nəfər isə əleyhinə səs verib. Tomas Bax bu posta yeganə namizəd olub. O, növbəti 4 il müddətində quruma rəhbərlik edəcək.

Qeyd edək ki, 67 yaşlı Tomas Bax ilk dəfə 2013-cü ildə Buenos Ayresdə BOK prezidenti seçilmişdi.