"Qalatasaray"ın yollarını ayırdığı Yunes Belhanda karyerasını Türkiyədə davam etdirəcək.

Unikal.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərakeşli futbolçu Türkiyədə, xüsusən də İstanbulda qalmaq niyyətindədir. Bundan sonra hansı komandanın fiormasını geyinəcəyi də böyük ölçüdə məlumdur. Belə ki, Aykut Kocaman "10 nömrə"ni "Başakşehir"də görmək istəyir. Belhanda isə 8 il əvvəl onunla maraqlanan "Fənərbağça"dan təklif ala biləcəyini düşünərək "Başakşehir"ə "hə" deməyə tələsmir.

Qeyd edək ki, adlçəkilən futbolçu bir müddət öncə sosial şəbəkədə "Qalatasaray" rəhbərliyini tənqid etdiyi üçün klubdan qovulmuşdu.