Futbol üzrə İspaniya La Liqasında 27-ci turun növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, çempionluğa iddialı olan “Real Madrid” klubu öz meydanında autsayder “Elçe” komandasını qəbul edib. Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xal ehtiyatını 57-yə çatdıran “Real Madrid” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Elçe” isə 24 xalla 17-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Real Madrid”in əzəli rəqibi “Barselona” növbəti oyununu martın 15-də “Ueska”ya qarşı keçirəcək.